Axtar

Üzeyir Mehdizadənin mahnısı Dubayda rekord qırır

Express xeberler
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Üzeyir Mehdizadənin mahnısı Dubayda rekord qırır 

zərbaycanda qarşılaşdığı çoxsaylı tənqidlərə əhəmiyyət verməyən müğənni Üzeyir Mehdizadə Rusiyadan sonra indi də Dubayda populyarlaşmağa başlayıb.
Expressxeberler.comBaku.ws istinadən xəbər verir ki, bu barədə “İnstagram”da “hindmakeup_” kimi qeydiyyatdan keçən məşhur ərəb vizajist xanım maraqlı video paylaşıb.
Belə ki, “İnstagram”da 145 min izləyicisi olan xanım videoda azərbaycanlı müğənni Üzeyir Mehdizadənin mahnısının sədaları altında makiyaj edib.
Vizajistin Üzeyirin “Mənə gəl” mahnısının sədaları altında etdiyi makiyaj minlərlə izləyici tərəfindən bəyənilib.
Qeyd edək ki, bir vaxtlar Üzeyir Mehdizadənin ifa etdiyi bu mahnı qalmaqala səbəb olub. Mahnı duet şəkilində ifa edilib və mahnının nəqəratını səsləndirən xanımın səsi müğənni Röyanın ifasına bənzədiyi üçün Mehdizadənin Röya ilə duet ifa etdiyi deyilirdi. Lakin Röya buna etiraz edərək həmin ifanın ona məxsus olmadığını bildirib.
Onu da əlavə edək ki, Üzeyir Mehdizadənin oxuduğu mahnılar ölkəmizdə müəyyən kütlə tərəfindən bəyənilsə də çoxları onun ifasını sərt tənqid edir. Sözlərini və bəstəsini özünün yazdığını deyən müğənninin ifaları bayağı adlandırılır, insanların musiqi zövqünü korlamaqda ittiham edilir.
Onu da bildirək ki, bu yaxında Dubayda yerləşən “JBR” çimərliyində də Üzeyirin mahnılarının səsləndirilildi.

 


475 dəfə görüntüləndi

Bütün xəbərlər Maraqlı 

Oxşar xəbərlər

Şərh yazın