Axtar

Xalq artistinin çətin günləri: “Ev yox, iş yox…” – VİDEO

Express xeberler
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Xalq artistinin çətin günləri: “Ev yox, iş yox…” – VİDEO

“ARB TV”də yayımlanan”Ömrün fəsilləri” verilişinə qonaq olan xalq artisti Rasim Balayev atası ilə bağlı xatirələrini bölüşüb.
Expressxeberler.com-un məlumatına görə, aktyor bildirib ki, atası onun filmlərini görməyib:
“Atamın tay-tuşlarının əksəriyyəti rəhmətə gedib. Mən artıq sevilirdim, məşhurlaşmışdım. Mənim filmlərimi anam gördü, amma atam yox. Universiteti təzə bitirmişdim ki, atam rəhmətə getdi. Onun ünsiyyəti olan tanışları indi də məni görəndə Rasim Balayev kimi yox, Əhmədin oğlu kimi tanıyırlar. Bununla fəxr edirəm. O rayonda çox hörmətli, mülayim adam idi, yeri düşəndə isə ciddi görkəm alırdı. Hər gün bizim məktəbimizlə maraqlanırdı. Çox ailəcanlı idi”.
R.Balayev “Nəsimi” filminə necə dəvət almasından və yaşadığı çətin günlərdən söz açıb:
“Bu filmə qədər bir çox ekran işində rol almaq üçün baş vurmuşdum. Amma heç birinə təsdiqlənməmişdim. O vaxt işlərim alınmırdı. Atam rəhmətə getdi, məni teatra götürmədilər. Hətta, qayıdıb rayona getməyi düşünürdüm. Yeni ailə qurmuşdum, ev yox, iş yox və belə bir anda xəstəxanadaydım, müalicə alırdım. Mənə gəlib “Nəsimi” filmində oynamağı təklif etdilər. Bu mənə nağıl kimi göründü”.


882 dəfə görüntüləndi

Bütün xəbərlər Mədəniyyət 

Oxşar xəbərlər

Şərh yazın

Bizi facebookda izləyin