Axtar

“Eşkiya Dünyaya Hükümdar Olmaz” niyə yayımlanmır? – Açıqlama

Express xeberler
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

“Eşkıya Dünyaya Hükümdar Olmaz” niyə yayımlanmır? – Açıqlama

Deniz Çakır və Oktay Kaynarca baş rolda çəkildikləri “Eşkıya Dünyaya Hükümdar Olmaz” serialının yayımlanmama səbəbini açıqlayıblar.

Expressxeberler.com axşam.az-a istinadən bildirir ki, serialın iki həftədir efirdə olmaması izləyiciləri əsəbiləşdirib və qəhrəmanların sosial şəbəkə profillərində öz etirazlarını bildiriblər.

Deniz Çakır bu vəziyyətin onlardan asılı olmadığını qeyd edib:

“…Bu, kanal və prodüserlər arasındakı bir qərardır. Hər il müddət bir qədər dəyişsə də, hər serial üçün olan bir şeydir. Biz aktyorlar, aktrisalar söz sahibi deyilik. Amma siz bizə etiraz edirsiniz. Etməyin, çünki sizə qiymət veririk. İttiham etmək pis bir şeydir, şikayətlənmək isə yorucudur. Nə edək, iki həftə ayrı düşdük. Tək dərdimiz bu olsun. Tez zamanda yeni seriyada görüşərik”.

Oktay Kaynarca da bu tipdə açıqlama verib:

“…Hər il mövsümün ortasında, yəni yanvarda bütün şirkətlərin büdcələri yenidən təyin edilir, araşdırılır. Buna görə seriallara 2, ya da 3 həftə fasilə verilir. Bütün hazırlıqlarımız və yeni seriyaların çəkilişləri davam etdirilir”.


463 dəfə görüntüləndi

Bütün xəbərlər Kino 

Oxşar xəbərlər

Şərh yazın