Axtar

Cinsi zəiflik yaradır, amma hamımız hər gün yeyirik – DİQQƏT!

Express xeberler
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

+

Cinsi zəiflik yaradır, amma hamımız hər gün yeyirik – DİQQƏT!  Expressxeberler.com

Bununla bağlı maraqlı rəvayət də var: Türk xanın oğlu Tütək xan çöllükdə kabab yeyərkən əlindəki tikə yerə düşür. Qismətini yerdən götürür, təmizləyir və yeyir. Hiss edir ki, ətin dadı dəyişib. Məlum olur ki, ət yerdə duz qatına bulaşıb. O zamandan etibarən duzdan mətbəxdə istifadə edilməyə başlanır.

Qərbə də duz Şərqdən gəlib çıxır. Hətta bir torba duzu olanlar orta əsrlərdə Avropada ən zəngin insanlar sayılırdılar. Günümüzdə duz elə də bahalı nemət deyil. O cümlədən artıq insanlar duzun zərərli tərəfini nəzərə alıb, onun qida rasionundakı yerini azaltmağa başlayıblar. Bəs duz hansı halda zərərli olur?

Gündə nə qədər duz yemək olar?
Gəlinən nəticələrə əsasən, insanın gündəlik duz tələbatı 10-15 qr-dır. Buna baxmayaraq, ləzzət, dad üçün duzdan istifadə etməyimiz onun günlük miqdardan 10 dəfə çox yeməyimizə gətirib çıxarır. Bu da təzyiq, baş ağrısı, göz yaşarması, böyrək ağrısı kimi ciddi sağlamlıq problemlərinə səbəb olur. Bəs duzun keyfiyyətli olması onun zərərlərini azaldırmı?
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən bildirirlər ki, duzun keyfiyyətli olması üçün onun təmizlənməsi və yodlaşdırılması zəruridir:

“Məlum olduğu kimi Azərbaycanda yod çatışmazlıqları xəstəliklərinin aradan qaldırılması üçün sosial statusundan asılı olmayaraq, cəmiyyətin bütün təbəqələrinin istifadə etdiyi duzun yodlaşdırılması qərara alınıb. Yodsuz duzun satışı qanunvericiliyə əsasən qadağandır. Ancaq dövlət orqanlarının və ictimai təşkilatların nəzarətinə baxmayaraq, hələ də bazarda keyfiyyət və təhlükəsizliyi zəruri tələblər səviyyəsində olmayan duzlar var.

Məhz istehlak bazarını normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan duzdan qorumaq üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən satışda olan duzların keyfiyyət və təhlükəsizliyinə nəzarət məqsədilə mütəmadi olaraq monitorinqlər həyata keçirilir. Götürülmüş nümunələr əsasında aparılan laborator müayinələr nəticəsində hələ də bəzi xörək duzlarının tərkibində yodun miqdarının normadan az, bəzilərində isə çox olması faktlarına rast gəlindiyi müəyyən edilib.


1. 006 dəfə görüntüləndi

Bütün xəbərlər Maraqlı 

Oxşar xəbərlər

Şərh yazın

Bizi facebookda izləyin