Axtar

Zorakılığa məruz qalan 10 yaşlı Nuray danışdı: “Böyüyəndə vəkil olmaq istəyirəm” -VİDEO

Express xeberler
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Zorakılığa məruz qalan 10 yaşlı Nuray: “Böyüyəndə vəkil olmaq istəyirəm” -VİDEO 

Expressxeberler.com xəbər verir ki Quba Rayon Məhkəməsində zorakılıqla üzləşən 10 yaşlı Nuray Bayramzadə başına gələnləri APA TV-yə danışıb. Onun sözlərinə görə, məhkəmədən zorla çıxarıldıqdan sonra atasının əlindən çıxaraq qaçmağa müvəffəq olub:

 

“Anamdan ayrılmaq istəmirdim. Onlar da məni dartıb ayırdılar. Sonra anamı yıxdılar, məni də başladılar sürüyüb aparmağa. Bayıra çıxanda çapalayıb əlindən çıxdım, özünü ata adlandıran o şəxs də yıxıldı. Mən də onun əlindən çıxıb, ananın yanına qaçdım”.

 

O icraçılar tərəfindən zorakılığa məruz qaldığını deyib: “İcraçılar mənim incitdi. Anamla məni ayırmışdılar, Məni sürümüşdülər, anamı yıxmışdılar”.

 

Nuray Bayramzadə atasını ilk dəfədir gördüyünü deyir: “Mən onu indiyədək görməmişəm. Birinci dəfədir görürdüm. Mən daha ondan qorxuram, heç vaxt onun yanına gedə bilmərəm”.

 

Nurayın qollarında zorakılıq izləri hələ də qalmaqdadır. Ciddi psixoloji travma yaşayan 10 yaşlı qız böyüyəndə vəkil olmaq istədiyini deyir: “Böyüyəndə vəkil olmaq istəyirəm. Çünki vəkil məhkəmə işlərinə baxır. Adamların problemlərini həll edir. Uşaqlıqdan Mehriban anamla qalıram. Gözümü açandan buradayam. Mənə yaxşı baxırlar. Nənəmi çox istəyirəm. Amma ən çox anamı istəyirəm”.

 


880 dəfə görüntüləndi

Bütün xəbərlər Gündəm 

Oxşar xəbərlər

Şərh yazın

Bizi facebookda izləyin