Axtar

Azərbaycan gözəli: “İşıqda sevişə bilmirəm” – FOTOLAR

Express xeberler
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Azərbaycan gözəli: “İşıqda sevişə bilmirəm” – FOTOLAR

“Miss Azerbaijan” yarışının üçüncüsü Əfsanə Qasımova sualları cavablayıb.

Ona ünvanladığımız hər bir sualı tərəddüd etmədən və tam səmimi cavablandıran model-aktrisa, deyəsən, sözün əsl mənasında, adı kimi əfsanəyə çevrilmək istəyir.

Expressxeberler.com big.az-a istinadən müsahibəni sizə təqdim edir.

– Əfsanə xanım, artıq uzun müddətdir ki, model olaraq fəaliyyət göstərirsiniz. Hər dəfə podiumda addım atdıqca nə düşünürsünüz?

– Özümlə fəxr edirəm. Düşünürəm ki, nə yaxşı, bu peşədəyəm.

– Bu qədərmi sevirsiniz öz peşənizi?

– Bəli, çox sevirəm. Sənətimə bağlıyam.

– Sizi sənətə gəlməyə vadar edən, yaxud da sizi modelliyə belə bağlayan hansı amildir ki?

– Mən bu peşəyə sırf kimlərinsə acığına gəlmişəm. Qarşıma məqsəd qoymuşam, həmin insanları bir gün peşman edəcəyimi özümə söz vermişəm.

– Sözünüzün üstündə dura bilirsinizmi?

– Şükür Allaha, hələ ki, yaxşı gedir (gülür).

– Özünüzü daha çox gözəl hesab edirsiniz, yoxsa yaraşıqlı?

– Vallah, mən nə deyə bilərəm? Bunu kənardan baxanlar daha yaxşı bilər.

– Ümumiyyətlə, kişi olasaydınız, Əfsanənin nəyinə tamah salardınız?

– Gözlərinə.

– İndi modellərin əksəriyyəti bir gecəlik kimlərinsə “qonağ”ı olur… Model adı sanki “damğa”lanıb. Bu amillərə görə, sizə də fahişə adı “yapışdıran” olub?

– Üzümə deməyə heç kimin cəsarəti çatmayıb. Amma ola bilsin ki, arxamca çox sözlər deyiblər, iftiralar atıblar.

– Ailəlisiniz?

– Xeyr, nişanlı olmuşam, ayrılmışam.

– Səbəb nə idi ki?

– Səbəblər hər ikimizdə var idi. Alınmadı…

– İndi həyatınızda kimsə var?

– Var. Mənin inanmağım gəlməzdi ki, mən bir daha kimisə sevə bilərəm, kimsə məni təəccübləndirər. İndi həyatımda olan insanı çox sevirəm. Dörd aydır ki, bir yerdəyik, ona çox öyrəşmişəm, o da mənə.

– Bir qadın olaraq intim həyatın dadını tam çıxarda bilmisinizmi?

– Bəli, çıxartmışam.

– Bədəninizin hansı hissəsinin öpüşlərə qərq edilməsini istəyirsiniz?

– Boynumu…

– Erotika, yoxsa seks?

– Mənim üçün erotika daha yaxşıdır. Qaranlıqda seksi sevirəm.

– “Miss Azerbaijan” müsabiqəsinin qalibi ola biləcəyiniz deyilirdi. Hətta namizədlər sırasında birinci olaraq göstərilirdiniz, amma ədalətsizliyə uğradınız. Nə baş verdi?

– Əslində o barədə danışmaq, onları reklam etmək istəmirəm. Olan oldu…

– Etiraf edək ki, həmim müsabiqədən sonra tədbirlərə tez-tez dəvət almağa başladınız. Reklam çarxlarına, filmlərə və seriala çəkildiniz. Özüzünü aktrisa olaraq təsdiqləmək istəyirsiniz?

– Əlbəttə, niyə də yox?! Qısametrajlı filmlərdə, eləcə də “Bacanaqlar”da rol almışam. İndi də təkliflər var. Dəyərləndirməyə çalışıram.

– Əfsanə xanım, adınız üstünüzdə, sizcə, əfsanəyə çevrilə biləcəksinizmi?

– Mən artıq bir əfsanəyəm (gülür).


1. 429 dəfə görüntüləndi

Bütün xəbərlər Model 

Oxşar xəbərlər

Şərh yazın

Bizi facebookda izləyin