Axtar

Elmdə yenilik ! Bu cihazı qoluna tax, nə zaman öləcəyini öyrən

Express xeberler
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Elmdə yenilik ! Bu cihazı qoluna tax, nə zaman öləcəyini öyrən

Britaniya alimləri insanın ömrünə nə qədər qaldığını müəyyən etməyi bacaran cihaz hazırlayıblar.

Qola taxılan saata oxşayan cihaza “ölüm indikatoru” adı verilib. O, orqanizmin nə qədər sürətlə qocaldığını müəyyən edir. Lankaster Universitetinin mütəxəssislərinin yaratdıqları qurğu ağrısız lazer şüalanmasının köməyi ilə kapillyarlardakı endotel hüceyrələrin vəziyyətini öyrənir və qocalmanın sürətini hesablayır. Testin nəticələrini 0-dan 100-dək rəqəmlər göstərir. Minimum nəticələr insanın artıq öldüyünü, maksimum nəticə isə sağlamlığın optimal vəziyyətini göstərir.
“Ölüm indikatoru”nun köməyi ilə ağıl zəifliyi və xərçəng kimi xəstəliklərə diaqnoz qoymaq mümkündür. Qurğunu yaradan fiziklər Aneta Stefanovska və Piter Makklintokun sözlərinə görə, testin nəticələri mütəmadi olaraq məlumat bazalarına köçürüləcək. Expressxeberler.com

322 dəfə görüntüləndi

Oxşar xəbərlər

Şərh yazın

Bizi facebookda izləyin