Axtar

Xalq artisti Zeynəb Xanlarovanın 80 yaşı tamam olur- VİDEO-FOTOLAR

Express xeberler
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Xalq artisti Zeynəb Xanlarovanın 80 yaşı tamam olur- VİDEO-FOTOLAR

Bu gün SSRİ xalq artisti, Azərbaycan SSR Dövlət mükafatı və “Heydər Əliyev”ordeni laureatı Zeynəb Xanlarovanın ad günüdür.Onun 80 yaşı tamam olur.
Expressxeberler.combildirir ki, Zeynəb Yəhya qızı Xanlarova 1936-cı ildə Bakı şəhərində anadan olub. O, 1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbini və 1961-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib. Xalq artisti 1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb.
Ü.Hacıbəyovun “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarında Leyli və Əsli obrazlarını yaradıb. Sənətkarın repertuarında muğamlar, təsnif və Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, şərq xalqlarının mahnıları geniş yer tutur.
Z.Xanlarova Azərbaycanın qadın xanəndələri arasında “Çahargah” muğamının ilk ifaçılarından biridir. Haqqında “Salam, Zeynəb!” adlı sənədli televiziya filmi çəkilib.
Z.Xanlarova həm də uzun illərdir Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. “Şöhrət” ordeni ilə təltif edilib. 1975-ci ildən Azərbaycanın xalq artisti, 1980-ci ildən SSRİ xalq artisti, 1985-ci ildən Azərbaycan SSR Dövlət mükafatı laureatıdır.

 


345 dəfə görüntüləndi

Oxşar xəbərlər

Şərh yazın

Bizi facebookda izləyin