Axtar

Əbülfəs Qarayev: “Azərbaycan İranlı turistlər üçün cəlbedici ölkə olacaq”

Express xeberler
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Əbülfəs Qarayev: “Azərbaycan İranlı turistlər üçün cəlbedici ölkə olacaq”

Dekabrın 27-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan İranın rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezini qəbul edib.

 

Expressxeberler.com teleqraf.com a istinadən xəbər verir ki : Nazirlikdən verilən məlumata görə, görüşdə Əbülfəs Qarayev Azərbaycanla İran arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyini bildirib: “Ölkələrimiz arasında tarixi, mədəni və dini bağlılıq münasibətlərin inkişafına müsbət təsir göstərir. Azərbaycan və İran arasında qədim tarixə malik münasibətlər bir çox sahələri əhatə edir və ildən-ilə genişlənir. Mədəniyyət və turizm sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük imkanlarımız var”.

 

Nazir ölkəmizə gələn turistlərin sayında İran vətəndaşlarının da çoxluq təşkil etdiyini diqqətə çatdırıb. Xüsusilə bu il Novruz bayramı ərəfəsində və ondan sonrakı dövrdə İrandan turist səfərlərinin əvvəlki illərə nisbətən daha da artdığını vurğulayıb: “Gələn il həm Novruz bayramı ərəfəsində, həm də sonrakı dövrlərdə Azərbaycan iranlı turistlər üçün yenə cəlbedici ölkə olacaq. Çünki ölkəmizdə turizm sahəsində bir sıra ciddi yeniliklər gözlənilir.

 

Eyni zamanda, keçirəcəyimiz “shopping festival”ları da İrandan gələcək turistlər üçün maraqlı ola bilər”.
Əbülfəs Qarayev 2017-ci ildə hər iki ölkədə qarşılıqlı mədəniyyət günlərinin keçiriləcəyini qeyd edib. Bildirib ki, Azərbaycan mədəniyyəti günlərinin İranın Tehran, İsfahan və Ərdəbil şəhərlərində təşkil olunması planlaşdırılır.

 

Mahmud Vaezi də öz növbəsində iki ölkə arasında bütün sahələrdə əlaqələrin inkişaf səviyyəsindən məmnunluğunu ifadə edərək bu münasibətlərin daha da yüksəldilməsinin vacibliyini vurğulayıb.
Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub..

 


190 dəfə görüntüləndi

Bütün xəbərlər Gündəm Mədəniyyət 

Oxşar xəbərlər

Şərh yazın

Bizi facebookda izləyin