Axtar

Cavanşir Məmmədov Sərt danışdı “Həmin adamlar nə döyülməlidir, nə söyülməlidir”

Express xeberler
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Cavanşir Məmmədov “Həmin adamlar nə döyülməlidir, nə söyülməlidir” 

Expressxeberler.com xəbər verir ki ARB TV-nin “Evgördü” verilişi bu dəfə əməkdar artist Cavanşir Məmmədovun dəbdəbəli evinə qonaq olub.

Nəvəsi ilə birgə kamera qarşısına çıxan ifaçı imici ilə bağlı tənqidlərə sərt cavab verib:

“İmici tez-tez dəyişmək normaldır. Bığımı qırxanda sifətim qabağa gəlir, yəni açılır. Bir də görürsən ki, yazıblar Cavanşir botoks etdirib. Həmin adamlar nə döyülməlidir, nə də söyülməlidir. Gedib onu döyəcəm, deyəcəklər ki, utanmırsan, adam ona əl vurar?! Onu Allah döyüb də. Qadını döyməzlər, kişi də elə söz danışmaz. Mən saç əkdirmişəm yaxşı eləmişəm. Saçı hamı əkdirir də. Parik qoyanda utanmırlar, saç əkdirəndə utanırlar. Milyonlarla insan saç əkdirir, mən də sənhə adamıyam əkdirmişəm”.

Müğənni daha sonra sənətindən və atasından danışıb:

“Atam vəfat edəndə 13 yaşım var idi. Atam bir çox ölkələrdə qastrollarda olub. Mən də atam kimi dünyanın 15-16 ölkəsində konsertlər vermişəm. 1983-cü ildə Ulu öndər Heydər Əliyevin tapşırığı ilə bizi Avropaya qastrola göndərdilər. O vaxtdan bu davam edir”.

 


371 dəfə görüntüləndi

Bütün xəbərlər Gündəm Şou biznes 

Oxşar xəbərlər

Şərh yazın

Bizi facebookda izləyin