Axtar

Hakerlərimizdən ermənilərə 450 qeqabaytlıq QULAQBURMA…

Express xeberler
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Hakerlərimizdən ermənilərə 450 qeqabaytlıq QULAQBURMA…

Azərbaycanın “Anti Armenian Team” haker qrupu Ermənistan istifadəçilərinə aid 450 qeqabaytlıq informasiya qırıb.
Expressxeberler.com bildirir ki moderator.az-ın  verdiyi xəbərə görə, hakerlərimiz 5 min erməni istifadəçiyə aid şəxsi məlumatlar və yazışmalar əldə edib. Hakerlərin bildirdiyinə görə, onlar yaxın vaxtlarda bu məlumatları yaymağa başlayacaqlar.
“Anti Armenian Team” qrupu bu ilin sentyabr ayında da Ermənistanın dövlət qurumlarına məxsus saytlara hücum edib onlar barədə informasiyalar əldə edərək yaymışdı. Hakerlərimiz Ermənistanın Xarici İşlər Nazirliyinin saytından bu ölkəyə gedib – gələn xarici vətəndaşların pasport məlumatları barədə informasiya yaymışdılar.
Hakerlər həmçinin Ermənistanda yerləşən ABŞ, Braziliya, Belarus, Avstriya, Belçika, Bolqarıstan, Kanada, Çin və başqa dövlətlərin səfirliklərinin rəsmi saytından məlumatlar əldə etmişdilər.

307 dəfə görüntüləndi

Bütün xəbərlər Gündəm Maraqlı 

Oxşar xəbərlər

Şərh yazın

Bizi facebookda izləyin