Axtar

Azərbaycanlı aktyor beynəlxalq festivalın qalibi olub

Express xeberler
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Azərbaycanlı aktyor beynəlxalq festivalın qalibi olub

Aktyor İdris Rüstəmov beynəlxalq mükafata layiq görülüb.
Expressxeberler.com moderator.aza istinadən xəbər verir ki Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasından verilən məlumata  əsasən, İdris Rüstəmov “Sonuncu” filmindəki roluna görə Livan Beynəlxalq Qısametrajlı Filmlər Festivalının “Ən yaxşı aktyor” mükafatına layiq görülüb.
Livanın 3 şəhərində – Nabatiyyə, Tripoli və Sur şəhərlərində keçirilən festivalda 25 ölkədən 61 film iştirak edib. Münsiflər heyətinin tərkibi fransalı, ispaniyalı və livanlı mütəxəssislərdən ibarət olub.
Qeyd edək ki, Sergey Pikalovun ekranlaşdırdığı film bir müddət əvvəl İzmirdə keçirilən beynəlxalq kino festivalda “Ən yaxşı qısametrajlı film” nominasiyasının qalibi olmuşdu.

247 dəfə görüntüləndi

Bütün xəbərlər Gündəm Kino 

Oxşar xəbərlər

Şərh yazın

Bizi facebookda izləyin