Axtar

Nadir Qafarzadə: “Aclıqdan 2 övladımı itirmişəm” – FOTO

Express xeberler
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Nadir Qafarzadə: “Aclıqdan 2 övladımı itirmişəm” – FOTO

Expressxeberler.com xəbər verir ki ARB TV-nin efirində yayımlanan “Gəlin danışaq” verilişinin qonağı olan müğənni Nadir Qafarzadə maraqlı açıqlamalar verib:

“Ailə qurmamışdan qabaq qayınatam qızı vermək istəmirdi. O bilirdi ki, mən oxuyuram. Düzdür, o vaxt populyar deyildim. Atası deyirdi ki, kəndə qız vermərəm. Qızım gedib inək sağası deyil. Amma indi mənə baxıb fəxr edir. Mən onu qınamıram. Tək qız övladı var idi. Sevgi o qədər güc gəldi ki, razılaşdı. 1 il nişanlı qaldıq. Toyumuz gecikdi. Anam gedib qayınatama dedi ki, mən tək qadınam, 7 uşağım var, gəl bu toyu edək, gəlinimi aparım. O da bu gün-sabah edə-edə vaxtı uzadırdı. Axırda anam mənə dedi ki, mən daha o qapıya gedən deyiləm. Ağladı mənim yanımda. Çünki dedi ki, artıq dolamaq kimi çıxır. Get qızın yanına, əgər o, səni sevirsə, səninlə gələcək. Mən də durub gəldim Sumqayıta. Xoşbəxtlikdən, evdə nə anası, nə də atası var idi. Barmağımdakı üzüyü çıxardıb stola qoyub dedim ki, biz belə xoşbəxt olmayacağıq. Anamın alçalmasını istəmirəm. Əgər sənin də məndə könlün varsa, tut əlimdən, gedək. Dedi ki, mənim də gedəcəyim yerim yoxdur, sənin də. Haraya gedəcəyik? Dedim, bir yer taparıq. Razılaşdı və yüngül şeylər götürərək (sənədlərini və s.) getdik. Məktub da yazıb qoydu ki, mən könüllü gedirəm, polisə deməyin. 24 ildir yanımdadır. Onun varlığı olmasaydı, mən də olmazdım”.

Daha sonra müğənni vəfat edən 2 övladından söz açıb: “Biz onunla çətin dövrlərdən keçdik. Aclıqdan, düzgün qidalanmamaqdan 2 övladımı itirdim. Bir qızım, bir oğlum ölüb. Qızım yaşasaydı, 23 yaşı var idi. Hamilə vaxtı yoldaşım düzgün qidalanmırdı. İmkanımız yox idi. Nə vaxt qayınatam evə gələndə soyuducunu açıb baxmaq istəyəndə yoldaşım qoymurdu. Hər şeyimizin olduğunu deyirdi. Amma soyuducu bomboş idi. Qızım 10 gün yaşadı, oğlum 3 gün. Mən demişdim ki, məni anamın və atamın yanında dəfn etsinlər. Amma gördüm ki, orada yer yoxdur. Amma sonradan vəsiyyət etdim ki, məni oğlumun qəbrinin yanında dəfn etsinlər. O, mələk kimi getdi”.


408 dəfə görüntüləndi

Oxşar xəbərlər

Şərh yazın

Bizi facebookda izləyin