Axtar

Elnarə Abdullayeva : “Bu insanı mən nə qədər incitmişəm. Allaha nə cavab verəcəyəm?” – FOTO

Express xeberler
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Əməkdar artist Elnarə Abdullayeva özünə qoyduğu qadağalar haqda Milli.Az-a danışıb:
“Uşağlıqımdan bu günə qədər özümə çox qadağalar qoymuşam. Mən Elnarə olaraq özümə çox əziyyət vermişəm. Məsələn, geyimlərimə, efirdə danışığıma və s. Hərdən deyirəm ki, görəsən, Allaha nə cavab verəcəyəm? Bu insanı mən nə qədər incitmişəm. Amma sonradan düşünəndə deyirəm ki, əcəb edib incitmişəm səni. Bu gün alnı və üzüaçıq camaatın qarşına çıxmaq üçün deməli, səni incitmək lazım imiş. Heç kimin yanında üzüqara qalmamışam”.

Müğənni səhnə geyimlərindən də danışıb.

“Çəkim 53 kq-dır. Qohumlarda, bəlkə də mənim qədər arıq insan yoxdur. Olsaydı da geyimlərimi qohumlarıma verməzdim. Çünki hamı o geyimi mənim əynimdə görüb. Özüm rəva bilməzdim ki, mənim nə vaxtsa geyindiyim libası geyinsinlər. Əgər imkanım varsa, təzəsini alıb verərəm onlara. Bir libası bir neçə dəfə geyinirəm. Çünki çəkim dəyişmir”, – deyə müğənni bildirib.


2. 370 dəfə görüntüləndi

Oxşar xəbərlər

Şərh yazın

Bizi facebookda izləyin